Zelenskinin Milad təbrikində Putinə qarğış - "Gorbagor olsun"
Ukrayna prezidenti Volodimir Zelenski xalqa Milad təbrikində əsəblərini cilovlaya bilməyib və qarğış yağdırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bütün ukraynalıların ürəyində olan arzulardan söz açıb:
"Hamımız ürəyimizdə bir arzu tuturuq: "Gorbagor olsun!" . Amma biz Tanrıya üz tutanda, təbii ki, daha çox şey diləyirik. Biz Ukrayna üçün sülh diləyirik. Bunun üçün mübarizə aparırıq. Bunun üçün dua edirik. Buna layiqik".
Zelenski qarğışın konkret ünvanını göstərməsə də, Ukrayna mətbuatı Rusiya prezidenti Vladimir Putinin nəzərdə tutulduğunu yazıb.
Zelenskinin bu sözlərinə Kremlin cavabı gecikməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna liderinin bəyanatını “mədəniyyətsiz” adlandırıb.
Səlcuq