"Babamı cəhənnəmdə yansın, ona görə 9 yaşımda..." - Müğənni Doğuş

Xoşqədəm Hidayətqızının həyat yoldaşı, məşhur müğənni Doğuş acı həyat hekayəsindən bəhs edib.

Mar 11, 2025 - 21:01
Mar 11, 2025 - 21:02
"Babamı cəhənnəmdə yansın, ona görə 9 yaşımda..." - Müğənni Doğuş

SAVASHMEDİA.az xəbər verir ki, ifaçı qatıldığı verilişlərdən birində ailəsindən və yetimxanada qaldığı günlərdə başına gələnlərdən danışıb:

“Atamla anam boşandılar. Bir müddət atamla qaldım. Daha sonra məni anamın nənəsinə verdilər. O da sahib çıxmadı, yetimxanaya qoydu. O dövrü çox çətin keçirirdim.İlk getdiyim günü idi. Yanımda bir uşaq ağlayırdı,ona baxıb mən də ağlayırdım. O vaxtlar yetimxanalarda qəddarlıq hökm sürürdü. 7 yaşımda yerimi islatdığıma görə işçilərdən biri qolumu ülgüclə kəsmişdi. Elə ondan sonra da yetimxanadan qaçdım. Sonra məni atamın anasına verdilər. O da mənə atamla anamın təyyarə qəzasında öldüyünü dedi. Nənəm yaxşı qadın idi. Məkanı cənnət olsun. Bir müddət sonra Almaniyadan babam gəldi. Məkanı cəhənnəm olsun. Niyə belə deməyimin səbəbini açıqlamayacağam. Məndə qalsın. Bircə bunu deyim ki, çox pis insan idi. O gələndən sonra 9 yaşımda evdən qaçdım. Cəhənnəmdə yansın. O zamandan sonra küçə həyatı başladı.Orada dostlar tapdım... İnsan zamanla hər şeyə öyrəşir, özünü qorumağı öyrənir. Belimdə soyuq silahla gəzirdim”.

Doğuş bir neçə dəfə həbsə düşdüyünü də bildirib:

“14 yaşımda dostlarımla corab oğurlayıb satdığımız üçün həbsə düşdüm.  18 yaşımda isə adam bıçaqlamadan həbsə girmişəm. Bir dəfə yatdığımız yerə gələndə yaşı az olan dostumuzu gözətçinin zorlamaq istədiyini gördüm. Gözüm heç nəyi görmədi, cib bıçağı ilə bıçaqladım”.

Yağmur