Bakıda avtobus qəzası - 2 ölü
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.