"Benfika"nın baş məşqçisindən "Qarabağ" açıqlaması
"Futbolçularımın kifayət qədər motivasiyalı olduğunu hiss edirəm. Məqsədimiz keyfiyyətli futbol oynayaraq üç xal qazanmaqdır".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis komandasının hücum xəttini fərqləndirib: "Avropada ən yaxşı hücum futbolu oynayan kollektivlərdənik. Amma daha da aqressiv olmalıyıq. Lakin üzərində işləməli olduğumuz tərəflər də var".
O, komandasının hədəflərindən söz açıb: "Ən yaxşı heyəti seçmək üçün daha bir günümüz var. Azarkeşlərimizin nə qədər tələbkar olduğunu, "Benfika"da baş məşqçliyin və burada oynamağın nə demək olduğunu bilirik. Daha əvvəl dediyim kimi çox aydın məqsədimiz var: oyunun yerindən və vaxtından asılı olmayaraq, çoxlu qol vurmalıyıq".
Qeyd edək ki, sentyabrın 16-da "Eştadiu da Luş"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start görüşəcək.