Cəmil Həsənlinin ölkədən çıxışına icazə verilmədi 

Tarixçi alim, professor Cəmil Həsənli Routledge nəşriyyatında (London və Nyu York) çıxan kitabının (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-nin Stanford Universitetində keçiriləcək təqdimatında iştirak edə bilməyəcək.

Mar 23, 2026 - 11:04
Cəmil Həsənlinin ölkədən çıxışına icazə verilmədi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun üzü bildirib.

“Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni stop qoyub. Bu qadağa-stop ucbatından əlbəttə ki, mən tədbirə gedə bilməyəcəyəm. Amma Süleyman Dəmirəl demiş demokrasidə çarə tükənməz. O səbəbdən təqdimat onlayn keçiriləcək və mən də sosial media üzərindən tədbirə qatılacağam”.

Oğuz