“Google” dezinformasiya ilə bağlı 11 minə yaxın kanalı bağladı
“Google” şirkəti bu ilin ikinci rübündə Çin, Rusiya, İsrail, İran və digər ölkələrdəki təsir kampaniyaları ilə əlaqəli 11 minə yaxın YouTube kanalını və hesabını silib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda yerləşdirilmiş hesabatda deyilir.
Hesabların silinməsi “Google” şirkətinin Təhdid Təhlili Qrupunun dezinformasiya və “təsirin koordinasiyası” üzrə əməliyyatları ilə mübarizə səylərinin bir hissəsidir. Birinci rübdə Google eyni səbəblərdən 23 000-dən çox hesabı bloklayıb.
“Google” hesabat dövründə Çinlə əlaqəli 7700-dən çox YouTube kanalını və hesabını bağlayıb. Hesabatda deyilir ki, Çin hakimiyyətinin göstərişi ilə Si Cinpini dəstəkləməklə və ABŞ-nin xarici siyasətini şərh etməklə onlar çincə və ingiliscə kontent yayıb.
2000-dən çox silinmiş kanalların və hesabların əksəri Rusiya ilə əlaqəli olub. Bir neçə dildə yayımlanan kontentdə Rusiyanı dəstəkləyib, Ukrayna, NATO və Qərbi tənqid edib. “Google” xüsusilə may ayında 20 YouTube kanalını, dörd reklam hesabını və RT ilə əlaqəli Blogger-də bloqu bağlayıb.
Qeyd edək ki, YouTube RT kanallarını bloklamağa 2022-ci ilin martında başlayıb. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra olub.
Xatirə SADİQ