“Hörümçək adam 4”ün çəkilişlərində bədbəxt hadisə - Baş rol aktyoru... + FOTOLAR
Dünyaca məşhur ingilis aktyor Tom Holland xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, "Spider-Man: Brand New Day" (“Hörümçək adam: Yeni bir gün” və ya “Hörümçək adam 4” ) filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib.
Filmdə “Hörümçək adam” rolunu canlandıran Tom Holland başından zədə alıb və beyin sarsıntısı keçirib. Müalicəsi davam edən Hollandın atası Dominik Holland oğlunun səhhəti ilə bağlı açıqlama verib.
O bildirib ki, Tom Holland aldığı zədə səbəbi ilə bir müddət çəkilişlərə qatıla bilməyəcək.
Qeyd edək ki, “Hörümçək adam 4” filmi 31 iyul 2026-ci ildə kinoteatrlarda yayımlanacaq.
Banu
Fotolarda: Tom Holland