Türkiyə millisi Ərdoğanın Trampla bağlı planlarını pozdu - Prezident ƏSƏBİDİR
“Futbol üzrə Türkiyə milli komandasının Dünya Çempionatı çərçivəsində keçirilən iki oyunda məğlub olması Prezident Rəcəb Tayyib Ərdoğanı əsəbiləşdirib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu türkiyəli jurnalist Fatih Altaylı bildirib.
O qeyd edib ki, bu məlumatı Ərdoğana yaxınlığı ilə seçilən yüksəkvəzifəli bir məmurdan alıb:
“Adını çəkib başını bəlaya soxmaq istəmədiyim bir dostumun dediklərini sizə çatdıracağam. Prezident Rəcəb Tayyib Ərdoğan milli komandadakı bu biabırçılığa görə çox qəzəblidir. Çünki R.T.Ərdoğan, türkiyəli iş adamları və siyasətçilərin Türkiyə-ABŞ oyunu üçün bu ölkəyə səfəri ilə bağlı hazırlıqlar görülüb. Hətta Ərdoğanın matçı stadionda ABŞ Prezidenti Donald Trampla birgə izləməsi üçün cəhdlər də edilibmiş. Lakin Türkiyə millisinin ard-arda iki dəfə, üstəlik bir qol vurmadan məğlub olması bu planın ləğvinə səbəb olub” .
Xatırladaq ki, Türkiyə millisi Avstraliyaya 0-2, Paraqvaya 0-1 hesabları ilə məğlub olmaqla qrupdan çıxmaq şansını itirib. “Ay-ulduzlular” formal olaraq son matçını 26 iyunda (Bakı vaxtı ilə 06:00) ABŞ-yə qarşı keçirəcək.
Banu