"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanıldı

Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Feb 4, 2026 - 09:57
"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanıldı

Bu barədə SAVASHMEDİA.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V. Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.