Müctəba niyə görünmür? - AÇIQLAMA

“İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyət arasında görünmür”.

Mar 28, 2026 - 11:34
Müctəba niyə görünmür? - AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əli Bahreyni deyib. 

Onun sözlərinə görə, bununla belə, M.Xamenei səlahiyyətlərini icra etməyə davam edir. 

Xatırladaq ki, martın 8-də İranın yeni Ali Lideri seçilən Müctəba Xamenei həmin dövrdən ictimaiyyət qarşısında görünməyib. Bunun səbəbi ilə bağlı isə xarici mediada müxtəlif versiyalar səsləndirilib.