Paytaxtda pensiyalar ödənildi, rayonlarda bu tarixdə veriləcək
Aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
SAVASHMEDİA.az xəbər verir ki, pensiya vəsaitləri artıq təqaüdçülərin bank hesablarına köçürülüb.
Digər bölgələrdə pensiya ödənişlərinin aprelin 20-dən 28-dək mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.