Putindən Kim Çen Ina “döyüş qardaşlığı” mesajı - Koreyalılar ön cəbhəyə göndərilir?
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Koreyanın Yaponiya işğalından azad edilməsinin ildönümü münasibətilə təbrik teleqramı göndərib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin mesajında Moskva ilə Pxenyan arasında “döyüş qardaşlığı və qarşılıqlı yardım” ənənəsinin formalaşdığını vurğulayıb.
Putinin bu mesajı Pxenyanın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyini davam etdirdiyi bir vaxta təsadüf edib.
Xatırladaq ki, Pxenyan Rusiyanın Kursk vilayətinə hərbçilər göndərib və həmin qüvvələr Ukrayna ordusuna qarşı döyüşüb. Şimali Koreya 2025-ci ildə hərbçilərinin Rusiyaya göndərildiyini rəsmən təsdiqləyib.
İndi isə daha böyük kontingentin dəstək üçün Rusiyaya göndərilə biləcəyi barədə iddialar var. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada 50 minədək Şimali Koreya hərbçisinin yerləşdirilə biləcəyini açıqlayıb.
Beləliklə, Putinin “döyüş qardaşlığı” ifadəsi fonunda Moskva ilə Pxenyan arasındakı hərbi əməkdaşlığın daha da genişlənəcəyi barədə müzakirələr yenidən gündəmə gəlib.
Oğuz