Putinin əsas adamı ABŞ-də, müharibədən sonra nə olacaq? - MƏXFİ DANIŞIQLAR
Rusiya ilə ABŞ arasında son təmaslar Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların yenidən intensivləşdiyini göstərir.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar aparıb.
Reuters-in məlumatına görə, görüşlərdə Ukrayna müharibəsinin sona çatdırılması imkanları ilə yanaşı, müharibədən sonrakı dövrdə Rusiya ilə ABŞ arasındakı mümkün enerji əməkdaşlığı da müzakirə olunub.
Dmitriyev Rusiyanın Birbaşa İnvestisiya Fonduna da rəhbərlik edir. O, daha əvvəl ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Son təmaslar Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün yeni diplomatik təşəbbüsləri fonunda baş verir. ABŞ və Ukrayna arasında da enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı mümkün razılaşma müzakirə olunur.
Dmitriyevin ABŞ-yə səfəri həm də onu təsdiqləyir ki, Moskva ilə Vaşinqtonu yalnız hərbi mövzular deyil, müharibədən sonrakı iqtisadi və enerji münasibətləri də narahat edir.
Oğuz