Xətainin Bakıdakı heykəlində BAŞQA AD - Kimin nəvəsidir? + FOTO

Bakıda Şah İsmayıl Xətainin abidəsindəki kiçik və indiyə qədər diqqətdən kənarda qalmış bir yazı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sep 29, 2026 - 16:48
Xətainin Bakıdakı heykəlində BAŞQA AD - Kimin nəvəsidir? + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, abidənin üzərindəki kartuşda “ŞAH İSMAYIL XƏTAİ” yazısının altında rus dilində “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” ifadəsi yer alır. Bu, “Nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov” kimi tərcümə edilir.

Qeyd edək ki, İbrahim Zeynalov 1993-cü ildə Bakıda ucaldılmış Şah İsmayıl Xətai abidəsinin müəlliflərindən biridir. 

Müəllifin nəvəsi ilə bağlı bu dəxilsiz qeydinin nə vaxt və hansı qərarla abidəyə yerləşdirildiyi barədə dəqiq məlumat yoxdur.

Maraqlıdır ki, dövlət vəsaiti hesabına ucaldılan monumental abidənin üzərində müəllifin ailə üzvünə şəxsi ithafı yer alır və bu, indiyə qədər kiminsə diqqətini cəlb etmir.

Oğuz