Tramp oğlunun toyuna getməyəcək - Elə bir səbəb dedi ki...
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trump Jr. bu həftəsonu Baham adalarında model Bettina Anderson ilə ailə həyatı quracaq.
SAVASHMEDİA.az xəbər verir ki, toy mərasimi Baham arxipelaqındakı kiçik bir adada qapalı formatda baş tutacaq.
Tədbirə yalnız ailə üzvləri və yaxın dostlardan ibarət 50-yə yaxın qonaq dəvət olunub.
ABŞ Prezidenti Donald Tramp isə toyda iştirak etməyəcək. O, əvvəllər mərasimə qatılmağa çalışacağını desə də, son açıqlamasında İran ətrafındakı gərgin vəziyyət və digər beynəlxalq məsələlər səbəbindən vaxtının olmadığını deyib.
Xatırladaq ki, oğul Tramp və Bettina Andersonun münasibətləri 2024-cü ildən başlayıb. Cütlük 2025-ci ilin dekabrında nişanlandıqlarını açıqlayıb.
Qeyd edək ki, bu, Donald Tramp Jr.-ın ikinci evliliyi olacaq. O, daha əvvəl Vanessa Trump ilə 12 il evli olub və bu nikahdan beş övladı var. Bundan başqa, bir müddət ABŞ-nin Yunanıstandakı səfiri və keçmiş televiziya aparıcısı Kimberli Gilfoyl ilə nişanlı olub.
Oğuz