Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ!

Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Nov 12, 2026 - 17:01
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.