Xameneinin dəfnində hamı onu gözləyir - Oğlu gəlməyəcək?
Ayətullah Əli Xameneinin dəfn mərasiminə hazırlıqların davam etdiyi bir vaxtda İranda müzakirə olunan məsələlərdən biri də oğlu Müctəba Xameneinin mərasimdə iştirak edib-etməyəcəyidir.
SAVASHMEDIA.az xəbər verir ki, bu günə qədər İran rəsmiləri Müctəba Xameneinin dəfn mərasimində iştirakına dair hər hansı rəsmi açıqlama verməyiblər.
Müctəba Xamenei son aylarda ictimaiyyət qarşısında görünməməsi ilə diqqət çəkir. Bu səbəbdən sosial şəbəkələrdə və bir sıra xarici KİV-lərdə onun səhhəti, təhlükəsizliyi və harada olması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Lakin həmin məlumatların heç biri İran hakimiyyəti tərəfindən təsdiqlənməyib.
Sabiq Ali Rəhbərin dəfn mərasimi ölkə üçün həm siyasi, həm də simvolik baxımdan böyük əhəmiyyət daşıyır.
Hazırda rəsmi proqramda Müctəba Xameneinin iştirakına dair xüsusi məlumat dərc olunmayıb. Bu səbəbdən onun dəfn mərasimində görünüb-görünməyəcəyi hələ də açıq qalan əsas suallardan biridir.
Xatırladaq ki, Ayətullah Əli Xamenei ilə vida mərasimləri 4-5 iyul tarixlərində Tehranda keçiriləcək. 6 iyulda paytaxtda əsas dəfn yürüşü təşkil olunacaq, 7 iyulda mərasimlər Qum şəhərində davam edəcək. Xameneinin nəşi isə 9 iyulda Məşhəd şəhərindəki İmam Rza ziyarətgahında torpağa tapşırılacaq.
Səlcuq