Xameneinin əsas adamı öldürüldü - General Əli Şadmani kimdir?
İsrail Müdafiə Qüvvələri İranın ali rəhbəri Əli Xameneinin Hərbi Qərargahının rəisi general-mayor Əli Şadmanini sıradan çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri İranın ali rəhbəri Əli Xameneiyə ən yaxın adam olan Əli Şadmaninin məhv edildiyini açıqlayıb. Şadmani Hərbi Qərargah rəisi və Silahlı Qüvvələrin Fövqəladə Hallar Komandanlığının komandanı vəzifələrində çalışıb, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran ordusuna komandanlıq edib”, - məlumatda deyilir.
Xatırladaq ki, Əli Şadmani SEPAH-ın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahına iyunun 13-də Əli Xamenei tərəfindən təyin olunmuşdu. General bu vəzifədə həmin gün İsrail Hərbi Hava Qüvvələrinin hücumu zamanı öldürülən Qulaməli Rəşidi əvəzləmişdi.