Yaddaşınız zəifləyirsə, səbəbi budur - HƏYƏCAN TƏBİLİ
Yaddaş və diqqət zəifləməsi beyin xəstəlikləri ilə əlaqəli olmaya da bilər.
SAVASHMEDİA.az xəbər verir ki, həkimlər, xüsusilə də gənc yaşda yaddaş və diqqət zəifləməsinin xroniki yuxusuzluq, stress, emosional tükənmə, narahatlıq və depressiv pozuntular, dəmir, B12 və D vitamini çatışmazlığı, qalxanabənzər vəzinin fəaliyyətində pozuntular və insulinrezistentliklə əlaqəli olduğunu bildiriblər.
Mütəxəssislərə görə, gündəlik həyatda yüksək informasiya axını, çoxsaylı tapşırıqlar, xroniki stress və yuxu çatışmazlığı yaddaş zəifləməsinin əsas səbəblərindən biridir. Bu amillər diqqətin azalmasına, yaddaş problemlərinə və zehni yorğunluğa səbəb ola bilər.
Bundan əlavə, nəzarətsiz yüksək arterial təzyiq, piylənmə və ateroskleroz da beynin qanla təchizatına mənfi təsir göstərə bilər.
Həkimlər koqnitiv sağlamlığın qorunması üçün sutkada 7-9 saat yatmağı, həftədə ən azı 150 dəqiqə aerob fiziki aktivliklə məşğul olmağı, balanslı qidalanmağı, arterial təzyiqə, qlükoza və xolesterin səviyyəsinə nəzarət etməyi, siqaretdən uzaq durmağı və zehni aktivliyi tövsiyə ediblər və bildiriblər ki, yaddaşı yaxşılaşdıran universal dərman mövcud deyil.
Banu