Zelenski çıxılmaz vəziyyətdə - Heç kim bu vəzifəni istəmir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfir təyinatında çətinlik çəkir.
SAVASHMEDİA.az “Politico”ya istinadla xəbər verir ki, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişinanın vəzifədən azad edilməsindən sonra bu posta potensial namizədlər arasında maraq yaranmayıb.
Məlumata görə, Ukrayna prezidenti Tramp administrasiyasında Kiyevi effektiv şəkildə təmsil edə biləcək və kifayət qədər nüfuza malik diplomat axtarır. Lakin mümkün namizədlər bu ağır məsuliyyəti üzərlərinə götürməkdən boyun qaçırırlar.
Xatırladaq ki, Volodimir Zelenski avqustun 3-də Olqa Stefanişinanı Ukraynanın ABŞ-dəki səfiri vəzifəsindən azad edib.
Banu