12-ci mərtəbədən yıxılan İlqar hazırlığa gəlibmiş - VİDEO
Abşeron rayonunda 15 yaşlı oğlan “Kristal Abşeron” yaşayış kompleksində 12-ci mərtəbədən yıxılaraq ölüb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, hadisə ötən gün təxminəm 13 radələrində baş verib.
Məlumata görə, 19 yaşlı Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıqdan binadakı mənzillərdən birinin balkonundan yıxılıb.
Nəticədə o hadisə yerindəcə vəfat edib.
Son xəbərlərə görə, oğlan sözügedən binada yaşamayıb. O, Qobudan o binaya hazırlığa gəlirmiş.