Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - Yerinə TƏYİNAT
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, A. Məhərrəmov 2021-ci ilin iyulunda Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.