“ABŞ ilə münasibətlərin reanimasiyasına başlayırıq” – Peskov 

“Səudiyyə Ərəbistanındakı danışıqlarda ABŞ ilə qarşılıqlı fəaliyyətin əsas mövzusu – iki ölkə arasında münasibətlərin bərpası üzrə mühüm addım atılıb”.

Feb 19, 2025 - 14:18
“ABŞ ilə münasibətlərin reanimasiyasına başlayırıq” – Peskov 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“İndi söhbət nədən gedir – bu, ikitərəfli münasibətlərin reanimasiyası, sonra isə bərpası ilə bağlı mövzudur. Hazırda acınacaqlı vəziyyətdə olan bu münasibətlərə ABŞ-nin əvvəlki administrasiyası tərəfindən qəsdən zərər vurulurdu”, - deyə Kremlin sözçüsü vurğulayıb.  

Onun sözlərinə görə, “reanimasiya tədbirləri”ni həyata keçirmək üçün diplomatlar  Lavrovun Rubio ilə dünən əldə etdiyi razılaşma fonunda işə başlayacaq: “Əlverişli sülh müqaviləsi üçün belə şəraitin yaradılması istiqamətində çox mühüm addım atılıb. Hər iki tərəf lazımi siyasi iradə nümayiş etdirib – mən bu halda Rusiya və ABŞ-ni nəzərdə tuturam”.

Peskov prezidentlər Vladimir Putin və Donald Trampın fevralın sonuna qədər görüşəcəyini istisna etməyib. Onun sözlərinə görə, Moskva Ukrayna üzrə nümayəndəsini Vaşinqtonun eyni namizədi seçməsindən asılı olaraq təyin edəcək.

Xatırladaq ki, ABŞ və Rusiya fevralın 18-də Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında danışıqlar aparıb.

Xatirə SADİQ