“Ailəmdə problem yaratdın, nə istəyirsən məndən?” - Rəqsanə ağladı + VİDEO
Müğənni Rəqsanə İsmayılova qalmaqallı fotosessiyası ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, müğənni efirdə göz yaşını saxlaya bilməyib.
O deyib ki, Səidə Bəkirqızını tanımır, aralarındakı qalmaqaldan sonra jurnalist olduğunu bilib:
"Etdirdiyim fotosessiya konkret bir layihə üçün idi. Sözügedən çəkiliş nə gündəlik geyim, nə də toy-nişan məqsədi daşıyırdı. Buna baxmayaraq, sosial müzakirələrdə fərqli şəkildə təqdim olundu, qınaq obyektinə çevrildim.Haqqımda danışan jurnalisti əvvəllər, həqiqətən, tanımırdım, sonradan tanıdım. Məni müzakirə edə bilərdi, lakin həyat yoldaşım haqqında danışması düzgün deyildi.
Mən heç vaxt heç kimin ölüsünə sataşmamışam, kiməsə qarşı hörmətsizlik etməmişəm. Düzdür, bəzi ifadələri işlətməməli idim, lakin bu, mənim ailə üzvlərim barədə açıqlama verilməsinə əsas ola bilməz. Sözügedən fikirlər ailəmdə ciddi narahatlığa səbəb olub. Gündəmi zəbt ediblər. Biri susur, biri başlayır. Məndən nə istəyirsiniz? Nə alıb verə bilmirsiniz məndən? Sevə-sevə təqdim etdiklərinizin efirə geyindiklərinə, konsertlərində geyindiklərinə baxın"...
Banu