“Alyaska danışıqlarında ruslar dərhal güzəştə getdilər” - Stiv Uitkoff

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ötən həftə Alyaskada keçirilmiş Tramp-Putin saaamiti ilə bağlı bəzi məqamları açıqlayıb. 

Aug 20, 2025 - 15:24
“Alyaska danışıqlarında ruslar dərhal güzəştə getdilər” - Stiv Uitkoff

SAVASHMEDİA.az xəbər verir ki, bu, Uitkoffun “Fox News” telekanalına müsahibəsi zamanı baş verib. 

“Alyaskadakı ilk görüşdə ruslar “demək olar ki, dərhal güzəştlərə” getdilər. Bu güzəştlər onların daha üzüyola ola biləcəyini görə bilib-bilməyəcəyimizi qismən anlamaqda bizə kömək etdi”, - deyə xüsusi elçi vurğulayıb. 

O, bu “güzəştlərin” nədən ibarət olduğuna aydınlıq gətirməyib, lakin ABŞ-nin Rusiya və Ukrayna arasında danışıqlarda “böyük uğur” əldə edə biləcəyinə dair fikir ifadə edib.

“Biz orada (Alyaska danışıqlarında) kifayət qədər uzun müddət qaldıq. Çünki sülh razılaşmasına necə gələ biləcəyimizə dair həqiqətən irəliləyiş əldə etdik”, - deyə Uitkoff nəzərə çatdırıb.

O, aydınlaşdırıb ki, ABŞ hazırda diqqəti atəşkəs razılaşması üzərində deyil, sülh sazişi üzərində cəmləyib, çünki onu “yırtmaq çox asandır, çünki onun bütün zəruri komponentləri yoxdur”.
 
Xatirə SADİQ