"Nə cərimə yazırlarsa, yazsınlar, düz demişəm, pulum da yoxdur" - Rəşid Mahmudov
Tibb elmləri namizədi Rəşid Mahmudov müğənni, Əməkdar artist və bəstəkar Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməsi barədə məhkəmə qərarına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, R.Mahmudov bakıvaxtı.az-a açıqlamasında qərardan xəbərsiz olduğunu deyib:
"Yasamal Rayon Məhkəməsi niyə məni çağırmayıb? Nə cərimə yazırlarsa, yazsınlar. Pulum yoxdur. Mən demişəm, sözümün arxasındayam. Düz söz demək olmur. Sən özünü başqasından üstün sayırsansa, bu, dəlilik əlamətidir. Kitablarda da yazılıb. Dediyim fikirdə də qalıram".
Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, 10 min manat mənəvi təzminat tələb edib. Yasamal Rayon Məhkəməsi iddianı qismən təmin edərək Rəşid Mahmudovun 500 manat ödəməsinə qərar verib.