Bu il uşaqlara ən çox bu ADLAR QOYULUB

Bu ilin 9 ayı ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Oct 8, 2026 - 17:34
Bu il uşaqlara ən çox bu ADLAR QOYULUB

SAVASHMEDİA.az xəbər verir ki, b barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur (1143), Raul (896), Miran (772), Əli (749), Hüseyn (732), Yusif (611), Murad (513), Ömər (496), Tunar (464) və Ayxan (461) adları verilib.

"Qızlara isə Melisa (847), İnci (806), Alisa (785), Məryəm (748), Nilay (740), Aylin (729), Ayla (667), Zəhra (650), Zeynəb (619) və Miray (519) adları qoyulub", - məlumatda qeyd olunub.