Atatürkü canlandıran məşhur aktyorun ifadəsi ORTAYA ÇIXDI – “Heç vaxt...”

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Aras Bulut İynemlinin ifadəsi ortaya çıxıb.

Sep 20, 2026 - 14:48
Atatürkü canlandıran məşhur aktyorun ifadəsi ORTAYA ÇIXDI – “Heç vaxt...”

SAVASHMEDİA.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 24 nəfər barəsində saxlanılma qərarı verilib. Saxlanılanlar arasında 36 yaşlı aktyor Aras Bulut İynemli də olub.
İynemli Məhkəmə Tibbi Ekspertiza Qurumunda saç, tük və dırnaq nümunələri verdikdən sonra sərbəst buraxılıb.

Aktyor ifadəsində bunları bildirib:

“Telefonumda və istifadə etdiyim tətbiqlərdə əlavə şifrələmə yoxdur, yalnız ekran kilidi üçün şifrə istifadə edirəm. Həmin şifrəni öz istəyimlə təqdim etmişəm.

Narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etməmişəm.

Narkotik və ya stimullaşdırıcı maddələrin satışı ilə məşğul olduğu bilinən hər hansı şəxslə əlaqə saxlamamışam.

Narkotik və ya stimullaşdırıcı maddə almaq üçün heç kimi vasitəçi etməmişəm və bu məqsədlə heç kimə pul köçürməmişəm.

Yaşadığım evdə, qapalı və ya açıq məkanlarda, eləcə də yaxta, qayıq və digər dəniz nəqliyyatı vasitələrində əyləncə məqsədli məclis və ya tədbir keçirməmişəm.

Narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə olunan məclis, festival, bar, kafe, tədbir və konsertlərdə iştirak etməmişəm.

Evimdə və getdiyim əyləncə məkanlarında heç vaxt narkotik və ya stimullaşdırıcı maddə qəbul etməmişəm.

Narkotik və ya stimullaşdırıcı maddə istifadə etmədiyim üçün ətrafımdakı dostlarıma və digər şəxslərə belə maddələr təklif etməmişəm.

Mənə “səmimi peşmanlıq” müddəalarından yararlanmaq istəyib-istəmədiyim barədə sual verilib. Lakin heç bir cinayət törətmədiyim üçün bu müddəadan yararlanmaq istəmədiyimi bildirmişəm.

Xatırladaq ki, Aras Bulut İynemli reytinq rekordları qıran “Öyle Bir Geçer Zaman Ki” (Mete), “İçerde” (Mert), “Çukur” (Yamaç), “Deha” (Devran) kimi seriallarda və “7. Koğuştaki Mucize” (Memo), “Atatürk I”, “Atatürk II” (Mustafa Kamal Atatürk) filmlərində baş rolları oynayıb.

Banu

Fotolarda: Aras Bulut İynemli