“Atəşkəs pozuldu, hədəf elektrik stansiyalarıdır” - Trampdan İrana HƏDƏ

ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranla bağlı sərt açıqlama verib və İrana razılaşma qəbul edilməyəcəyi təqdirdə ciddi hərbi cavabla hədələyib.

Apr 19, 2026 - 16:49
“Atəşkəs pozuldu, hədəf elektrik stansiyalarıdır” - Trampdan İrana HƏDƏ

O bildirib ki, İran Hörmüz boğazında atəş açaraq atəşkəsi pozub:

“İran dünən Hörmüz boğazında atəş açmaq qərarına gəldi – bu, atəşkəs razılaşmamızın tamamilə pozulmasıdır”, – deyə o qeyd edib.

Tramp iddia edib ki, İran hərbçiləri Fransa və Böyük Britaniyaya məxsus gəmilərə də atəş açıblar və Hörmüz boğazının bağlanması ilə bağlı açıqlamaları da tənqid edib.

“Onlar başa düşmürlər ki, bizim addımlarımız onsuz da həmin bölgəni faktiki olaraq blokadaya alıb”, – deyə o bildirib.

ABŞ Prezidenti İrana ünvanladığı mesajında kompromis çağırışı da edib:

“Biz çox ədalətli və məqbul bir razılaşma təklif edirik. Ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Əks halda, ABŞ İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcək. Bu obyektlər çox sürətlə və asanlıqla sıradan çıxarıla bilər”, – Tramp əlavə edib.

Oğuz
SAVASHMEDİA.az