Cəmil Həsənli DTX-yə çağırıldı

Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunub.

Nov 30, 2025 - 14:00
Nov 30, 2025 - 15:00
Cəmil Həsənli DTX-yə çağırıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkələrdə paylaşdığı statusda məlumat verib.

Milli Şura rəhbəri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqədar başladılan istintaq işi çərçivəsində DTX-yə dəvət olunduğunu bildirib. O, evində axtarışların aparılacağını da istisna etmir.

Qeyd edək ki, "Ramiz Mehdiyev işi" ilə əlaqədar noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb.

Aytən