DÇ-2026-nın ən çox qaçan futbolçusu kimdir? - Nə Messidir, nə Ronaldo...

2026-cı il Dünya Çempionatında diqqətlər əsasən vurulan qollara yönəlsə də, turnirin ən maraqlı statistikalarından biri futbolçuların meydanda qət etdiyi məsafədir.

Jun 29, 2026 - 01:26
Jun 29, 2026 - 01:29
DÇ-2026-nın ən çox qaçan futbolçusu kimdir? - Nə Messidir, nə Ronaldo...

SAVASHMEDIA.az xəbər verir ki, FIFA-nın rəsmi statistikasına görə, turnirin hazırkı mərhələsində ən çox məsafə qət edən futbolçu nə Lionel Messi, nə də Kriştiano Ronaldodur.

Bu siyahıya Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey başçılıq edir. O, indiyədək Dünya Kubokunda 24 693 metr (24,69 km) məsafə qət edərək bütün futbolçuları geridə qoyub.

Fotoda Skott Maktominey 

Bu göstərici Maktomineyin həm müdafiədə, həm də hücumda komandasının ən fəal oyunçularından biri olduğunu göstərir. Müasir futbolda yarımmüdafiəçilərin qət etdiyi məsafə və yüksək intensivlikdə oynamaq bacarığı uğurun əsas amillərindən hesab olunur.

Səlcuq