Epşteynin illərdir gizlədilən məktubu tapıldı – Kimləri ifşa edib? + FOTO

Məhkum edildiyi həbsxanada cəsədi tapılan amerikalı milyarder Ceffri Epşteynə aid məktub aşkarlanıb.

May 7, 2026 - 14:18
Epşteynin illərdir gizlədilən məktubu tapıldı – Kimləri ifşa edib? + FOTO

SAVASHMEDİA.az “The New York Times”a istinadla xəbər verir ki, məktubu federal hakim yayıb.

Nəşr bildirib ki, qeydləri Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalyone 2019-cu ilin iyulunda milyarderin boynuna parça dolanmış vəziyyətdə huşsuz tapılmasından sonra ona aid kitabın içindən aşkarlayıb. Epşteyn həmin hadisədən sağ çıxsa da, bir neçə həftə sonra, 66 yaşında Manhettendə yerləşən və hazırda bağlanmış “Metropolitan Correctional Center” həbsxanasında ölü tapılıb. Məktub cinayət işi çərçivəsində uzun illər gizli saxlanılıb.

Epşteyn sözügedən məktubda haqqındakı araşdırmaların nəticəsiz qaldığından, istintaqın ona uzun illər əvvələ aid ittihamlar irəli sürdüyündən və intiharın üstünlüyündən bəhs edib:

“Məni aylarla araşdırdılar — HEÇ NƏ TAPMADILAR!!! İnsanın vidalaşmaq vaxtını özü seçə bilməsi bir üstünlükdür. Məndən nə istəyirsiniz,  oturub ağlayım?!

Məktub “ƏYLƏNCƏ YOXDUR” və altından xətt çəkilmiş “DƏYMƏZ!!” sözləri ilə yekunlaşıb.

Qeyd edək ki, məktubu ictimaiyyətə Nyu-York ştatının Uayt-Pleyns şəhərində yerləşən Federal Məhkəmənin hakimi Kennet M. Karas açıqlayıb. Hakim məktubun ifşası ilə bağlı qərarı “The New York Times”ın ötən həftə sənədin məxfiliyinin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsindən sonra verib.

Banu