Qurban Qurbanov avtomobil işinə girdi – Bu da yeni mağazası + VİDEO

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov yeni mağaza açıb.

May 7, 2026 - 16:44
Qurban Qurbanov avtomobil işinə girdi – Bu da yeni mağazası + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, mağazanın açılışına Qurbanovun köməkçisi Elçin Rəhmanov, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, sərbəst güləş üzrə 3 qat Dünya və 4 qat Avropa çempionu Hacı Əliyev və başqaları qatılıblar.

“BMW Box Baku”adlanan mağaza BMW markalı avtomobillərin aksesuar və ehtiyat hissələrinin satışını həyata keçirəcək.

Xatırladaq ki, bu,  Q.Qurbanovun ilk biznes layihəsi deyil. Baş məşqçi aylar əvvəl də idman formalarının satışı şirkətini yaradıb. Qurbanovun şirkəti “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)