Ermənistana keçən Azərbaycan əsgərindən YENİ XƏBƏR

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində daha bir cinayət işi başlanıb.

Oct 2, 2026 - 15:30
Ermənistana keçən Azərbaycan əsgərindən YENİ XƏBƏR

SAVASHMEDİA.az xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu Azərbaycan hərbçisi ilə bağlı yeni cinayət işinin açıldığını açıqlayıb.

İş Ermənistan Cinayət Məcəlləsinin dövlət sərhədinin qanunsuz keçilməsini nəzərdə tutan 469-cu maddəsinin 1-ci hissəsi və odlu silahın qaçaqmalçılığına dair 340-cı maddəsinin 1-ci hissəsi ilə başlanıb.

Ermənistan tərəfinin məlumatına görə, yeni cinayət işi əvvəl başlanmış əsas icraata birləşdirilib.

Xatırladaq ki, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmadığı müəyyənləşdikdən sonra Azərbaycan tərəfindən axtarışa verilib. Azərbaycan Baş Prokurorluğu onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələrin yarandığını və bu faktla bağlı cinayət işi başlandığını bildirib. Daha sonra onun Ermənistan ərazisində saxlanıldığı müəyyənləşib.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Musayev oktyabrın 1-də Sünik vilayətinin Şəki yaşayış məntəqəsində saxlanılıb. Ermənistan tərəfi onun həmin ərazidə silahdan atəş açdığını da iddia edib.

Səlcuq