“Faiqoğlu” əlil sərnişinlərə belə xidmət edir? - İşə polis qarışdı + VİDEO
Bakıda avtobusun pandusunun açılmamasına görə sərnişinlərlə sürücü arasında mübahisə düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə fiziki məhdudiyyətli şəxsin sərnişin avtobusundan istifadə etmək istədiyi, lakin sürücünün pandusu açmaq istəmədiyi iddia olunub.
Məlumata görə, sürücü yalnız polis əməkdaşını gördükdən sonra hərəkətə keçərək pandusu açıb.
Qeyd edək ki, sözügedən sərnişin avtobusu "Faiqoğlu" şirkətinə məxsusdur.