Bacısı qaraciyərinin bir hissəsini ona bağışlamışdı - AAYDA-da vəzifəyə gətirilən Kərimbəyov KİMDİR?
Müğənni Nərmin Kərimbəyovanın qardaşı Kamran Kərimbəyovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Media monitorinqi və təhlili departamentinin şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı xəbərlər yayılıb.
AAYDA-da yeni vəzifə alan Kamran Kərimbəyovun adı daha əvvəl başqa səbəbdən hallanıb.
SAVASHMEDIA.az həmin faktı təqdim edir.
Kamran Kərimbəyov 2022-ci ildə bacısı Nərmin Kərimbəyovanın ona qaraciyərinin bir hissəsini bağışlaması ilə gündəmə gəlib.
Həmin vaxt Hepatit B xəstəliyindən əziyyət çəkən Kamran Kərimbəyova Türkiyədə qaraciyər transplantasiyası əməliyyatı edilib. Əməliyyatda donor onun bacısı Nərmin Kərimbəyova olub.
Mürəkkəb əməliyyatdan sonra Nərmin Kərimbəyovanın da səhhətində problem yaranıb və o, bir müddət reanimasiyada müalicə alıb. Daha sonra müğənninin vəziyyətinin yaxşılaşdığı və palataya köçürüldüyü bildirilib.
Oğuz