"Fənərbaxça" Bakıda "Turan Tovuz"un qonağı olacaq - Tarix, saat və stadion

“Turan Tovuz” - “Fənərbaxça” yoldaşlıq görüşünün başlama saatı bəlli olub.

Sep 21, 2026 - 21:17
"Fənərbaxça" Bakıda "Turan Tovuz"un qonağı olacaq - Tarix, saat və stadion

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, oyunun biletləri sabahdan satışa çıxarılacaq.

Aytən