Hava limanındakı yoxlanış Messini güldürdü - Kimin üzərindən alışqan çıxdı? + VİDEO
Argentina millisinin futbolçuları Kabo-Verde ilə keçirəcəkləri oyun öncəsi Mayami hava limanında gücləndirilmiş təhlükəsizlik yoxlamasından keçiblər.
SAVASHMEDİA.az xəbər verir ki, yoxlama zamanı hava limanının əməkdaşları futbolçulardan birindən manqal yandırmaq üçün nəzərdə tutulmuş alışqanı təhvil verməsini istəyiblər.
Qaydalara əsasən, həmin əşyanın yoxlama məntəqəsindən keçirilməsinə icazə verilməyib. Bu hadisəyə Argentina millisinin kapitanı Lionel Messi gülümsəyərək reaksiya verib.
Daha sonra Messinin özü və şəxsi əşyaları da metal detektoru vasitəsilə yoxlanılıb.
Qeyd edək ki, Argentina millisi Dünya Kubokunun 1/16 final mərhələsi çərçivəsində iyulun 4-də Kabo-Verde ilə qarşılaşacaq.
Banu
Посмотреть эту публикацию в Instagram