Okan Buruk istefaya göndərilir? - "Qalatasaray"dan AÇIQLAMA

“Qalatasaray” rəhbərliyi baş məşqçi Okan Burukla bağlı mövqeyini açıqlayıb.

Sep 21, 2026 - 22:17
Okan Buruk istefaya göndərilir? - "Qalatasaray"dan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, İstanbul klubunun prezidenti Dursun Aydın Özbek təcrübəli mütəxəssisin istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu açıqlama “Qalatasaray”ın “Trabzonspor”a 0:4 hesablı məğlubiyyətindən sonra verilib:

"Buruka olan inamımız və ona etimadımız dünən də tam idi, bu gün də belədir. Mövqeyimiz dəyişməz olaraq qalır. Son 4 ildə olduğu kimi, yolumuza Okan Burukun rəhbərliyi altında inam və qətiyyətlə davam edəcəyik.

“Trabzonspor”la oyunun nəticəsinin azarkeşlərimizi məyus etdiyini anlayırıq. Lakin birlikdə qalaraq qarşıya qoyduğumuz məqsədlərdən bir addım belə geri çəkilməyəcəyik. Bütün səylərimiz Superliqada ardıcıl 5-ci çempionluğu qazanmağa və Avropada qarşıya qoyduğumuz hədəflərə çatmağa yönəlib".

Qeyd edək ki, İstanbul təmsilçisi 6 turdan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb.