Gəncədə 14 yaşlı yeniyetmə saxlanıldı - Adam öldürüb
Dünən saat 22:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2008-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, döş qəfəsinin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 23:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.