Maketi ilə Bakını şoka salan kaşalot haqqında bilmədiklərimiz - Dişli balinalar + VİDEO
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalotun peyda olmasə ölkə gündəmini silkələyib.
Ömcə bunu özünü sahilə vurmuş balina hesab etsələr də, sonradan həqiqət üzə çıxıb. Bu sadəcə olaraq kaşalotun maketidir. COP29 zirvə toplantısının keçirildiyi müddətdə bu sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyi haqqında mesaj xarakteri daşıyır.
Maraqlıdır, bəs hamının fotosunu paylaşdığı, çoxunun adını ilk dəfə eşitdiyi kaşalot nədir?
SAVASHMEDİA.az Bakı sakinlərinin sevimli mövzusuna çevrilmiş kaşalot balinaları haqqında detallı məlumatı təqdim edir.
Kaşalot - balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növüdür.
Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Kaşalotun bədən uzunluğunun təxminən üçdə birini təşkil edən nəhəng bir başı var. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir.
Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər. Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir. Onun arxasında 2-6 daha alçaq təpəcik yerləşir. Bədən rəngi bir cürədir, qara-palıdı, ya da tünd-bozdur. Qarnı bir qədər açıqdır. Üstündə qeyri-doğru formada ləkə var. Dişləri payacıqvaridir və 27 sm. çata bilər. Onlar, adətən, ancaq aşağı çənədə olur, sayları isə çənənin hər hissəsində 17 dən 29 qədər olur.
Əsasən başayaqlı molyusklarla qidalanırlar. Dişi kaşalot bir bala dünyaya gətirir. Cinsi yektinliyə dişilər 4, erkəklər 4-5 yaşlarında çatırlar.
Oğuz