Makronun evinə dava salan iranlı aktrisa - “Xanımını anası kimi sevir”

Fransa Prezidenti Emmanuel Makronun İran əsilli aktrisa Qolşifte Farahani ilə gizli eşq yaşadığı iddia olunur. 

May 14, 2026 - 15:37
Makronun evinə dava salan iranlı aktrisa - “Xanımını anası kimi sevir”

SAVASHMEDİA.az xəbər verir ki, fransız jurnalist Florian Tardif ötən il Vietnam səfərində Bricitin Emmanuel Makrona vurduğu şilləni də bu gizli münasibətlə əlaqələndirib. Lakin birinci xanımın yaxın ətrafı bu iddiaları qəti şəkildə rədd edib.

Farahani əvvəllər Makronla münasibətini inkar edib. Lakin iddialar yenidən ortaya atılandan sonra heç bir təkzib yaymayıb.

Hazırda isə Farahaninin 2024-cü ildə qatıldığı film təqdimatında verdiyi açıqlama yenidən gündəmə gəlib. Bəziləri bu açıqlamada aktrisanın Emmanuel Makrona göndərmə etdiyini düşünür.

Aktrisa fransız kişilərinin evliliyə baxışlarını, evlilik həyatını tənqid edib: 

Fransız kişiləri ilk xanımlarını heç vaxt qopa bilmədikləri anları ilə eyniləşdirirlər. Məncə, onlar analarından qopa bilmirlər, ilk xanımları onlar üçün heç vaxt sahib ola bilməyəcəkləri anaları kimi olur. Ona bir dəfə bağlandılarsa, başqasına dəli kimi aşiq olsalar da, o bağı qopara bilmirlər. Bəzi kişilər seksin yalnız məşuqələrlə yaşanılacağını düşündükləri üçün həyat yoldaşlarının toxunulmaz olduğunu iddia edirlər”.

Qeyd edək ki, Emmanuel Makron Bricitlə 15 yaşında tanış olub. Bricit Makrona liseydə dərs deyib. Bricit Makron həmin vaxt evli və 3 uşaq anası olub. Onlar uzun illərdən sonra yenidən görüşüblər.  2007-ci ildə isə ailə qurublar.

Banu