"Mehmed: Fetihler Sultanı" serialının gündəm olan Uzun Həsən səhnəsi - VİDEO

TRT 1-in reytinq rekordları qıran "Mehmed: Fetihler Sultanı" serialında Ağqoyunlu dövlətinin sultanı Uzun Həsənin obrazına da yer verilib.

Sep 16, 2026 - 22:21
"Mehmed: Fetihler Sultanı" serialının gündəm olan Uzun Həsən səhnəsi - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, serialın yeni mövsümünün ilk bölümü dünən yayımlanıb. 

Ağqoyunlu hökmdarı ilə bağlı səhnə Uzun Həsənin Venesiya elçisi Zenonu qəbul etməsi ilə başlayıb. 

Həmin səhnə məşhur Cənubi azərbaycanlı repçi Payam Türkün (Payam Vəlizadə- red) "Mənəm Türk" treki ilə müşayiət olunub. Sözügedən hissə həm Azərbaycanda, həm də Türkiyədə maraqla qarşılanıb. 

Qeyd edək ki, dördüncü mövsümü ilə ekranlara gələn serialda Uzun Həsən obrazını məşhur aktyor Rüzgar Aksoy canlandırır.

Xatırladaq ki, serial Osmanlı imperatoru Fateh Sultan Mehmedin hakimiyyəti illərindən bəhs edir.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)