Prezident onu nazir müavini təyin etdi - FOTO

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.

May 14, 2026 - 11:13
Prezident onu nazir müavini təyin etdi - FOTO

SAVASHEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim olunub.

O bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

Fotoda Ağakərim Səmədzadə