Putin “kasıb”dır, ən varlısı isə... - Dövlət başçılarının maaşları ilə bağlı YENİ SİYAHI
Ən çox qazanan dövlət başçılarının siyahısı dərc olunub.
SAVASHMEDİA.az-ın məlumatına görə, dünya liderlərinin maaşları ilə bağlı son statistikanı “Forbes” nəşri dərc edib.
Həmin siyahını təqdim edirik:
İlk yerdə Sinqapurun baş naziri Lourens Vonq qərarlaşıb. Onun illik gəliri 1,69 milyon dollardır.
Ən çox maaş alan ikinci dövlət başçısı İsveçrə prezidenti Viola Amherddir. O, ilə 569,5 min dollar qazanır.
Avstraliyanın baş naziri Entoni Albaniz də az qazanmır. O, illik 412,5 min dollarlı maaşla üçüncüdür.
ABŞ prezidenti Co Bayden ilə 400 min dollarla kifayətlənməli olub.
Beşinci yeri 316,7 min dollarlıq əməkhaqqı ilə Avstriya kansleri Karl Nehammer qazanıb.
Yeni Zelandiyanın baş naziri Kristofer Lakson siyahıda altıncı olmağı bacarıb. Onun illik maaşı 310,5 min dolları civarındadır.
Kanadanın baş naziri Castin Tryudo ildə 310,5 min dollar alır.
Siyahıda səkkizinci yerə Almaniya kansleri Olaf Şolts (293,3 min dollar”, doqquzuncu yerə isə Yaponiyanın baş naziri Şiqeru İşiba (276,4 min dollar) səhibləniblər.
İrlandiyanın baş naziri Saymon Harris 267,3 min dollarlıq illik gəlirlə ilk onluğa düşməyi bacarıb.
Rusiya prezidenti Vladimir Putini isə “kasıb” adlandırmaq olar. O, bu siyahıda 113,6 min dollarlıq maaşla 28-ci yerlə kifayətlənməli olub.
Səlcuq