Qızı əfsanəvi müğənni Güllünü belə öldürübmüş – Aylardır araşdırılan SƏS YAZISI YAYILDI
Türkiyəli müğənni Güllünü qızı Tuğyan Ülkem Gülterin necə öldürdüyü məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) Güllünün öldüyü gün təhlükəsizlik kamerasına düşən səsləri xüsusi texnika ilə aydınlaşdırmağı bacarıb. İstintaq işinə əlavə edilən səs yazısı Güllünün ölümünün bədbəxt hadisə deyil, cinayət olduğunu təsdiqləyib.
Məlumata görə, həmin gün evdə müğənni Güllü, qızı Tuğyan və qızının rəfiqəsi Sultan Nur Ulu olub. Güllü hamamda olarkən Tuğyan otağa keçib, pəncərəni açıb və anasının sevdiyi qaraçı oyun havası “Malkara”nı yüksək səslə oxutmağa başlayıb. Hamamdan çıxan Güllü səsi eşidib və “Nə baş verir?” sualını verərək otağa daxil olub. Bu zaman Tuğyan anasını yaxına çağırıb və ondan rəqs etməsini istəyib. Daha sonra söyüş eşidilib və Tuğyan anasına “İndi səni atacağam” deyib. Güllü müqavimət göstərməyə cəhdlər etsə də, Tuğyan onu itələyərək pəncərədən atıb. Ardınca da “Sağ ol, görüşənədək” deyib.
Fotoda: Tuğyan Ülkem Gülter və Sultan Nur Ulu
Qeyd edək ki, Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu 9 dekabrda İstanbul Büyükçekmecedə ölkədən qaçmaq istəyərkən saxlanılıblar. Onlar dəniz yolu ilə Gürcüstana, oradan da Fransaya getməyi planlayırmışlar.
Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını deyiblər. Lakin Güllünün səhnəyə çıxdığı məkanın sahibi Ferdi Aydın prokurorluğa gedərək Güllünün cinayətə qurban getdiyinə dair ifadə verib və hadisə ilə bağlı şahidlərin dindirilməsini təmin edib. Bundan sonra müğənninin qızı T.Ü.Gülter şübhəli şəxs qismində ifadə verib. Lakin yetərli sübut olmadığı üçün sərbəst buraxılıb. Buna baxmayaraq, polis uzun müddət Tuğyanın qaldığı evi izləyib və 9 dekabrda onun ölkədən qaçacağı ilə bağlı şübhəli hallar aşkarlayıb. Nəticədə keçirilən əməliyyatla T.Ü.Gülter saxlanılıb.
Banu