Qurbanov Bakıdakı oyunla bağlı azarkeşlərə səsləndi - "Hələ heç nə bitməyib"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"suna 1:0 hesabı ilə uduzduqları ilk oyundan sonra komandasının çıxışını dəyərləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin görüşə daha yaxşı başladığını və bundan yararlanaraq qələbə topunu vurduğunu bildirib.
Qurbanovun sözlərinə görə, məğlubiyyətə baxmayaraq, iki oyundan ibarət qarşıdurmada hələ heç nə həll olunmayıb.
"Hələ heç nə bitməyib. Qarşıda cavab oyunu var və bu matça daha yaxşı hazırlaşacağıq", - baş məşqçi vurğulayıb.
O, həmçinin qeyd edib ki, komanda buraxdığı səhvləri ətraflı təhlil edəcək və cavab görüşündə daha yaxşı oyun nümayiş etdirməyə çalışacaq. Qurbanov Bakıdakı oyunda azarkeşlərin dəstəyinin vacibliyini xüsusi qeyd edib.
Oğuz