Rusiyada güclü zəlzələ baş verdi

Rusiya Federasiyasının Altay respublikasında 6,4 bal gücündə zəlzələ baş verib.

Feb 15, 2025 - 11:25
Rusiyada güclü zəlzələ baş verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu gün Moskva vaxtı ilə saat 04:48-də baş verən zəlzələnin episentri Qoş-Ağaç kəndindən təxminən 28 km qərbdə yerləşib. Episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 8,5 bal olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Altay Respublikası üzrə Baş İdarəsinin açıqlamasında bildirilir ki, yeraltı təkanlar Altay Respublikasının bütün ərazisində hiss olunub.

Respublika başçısı Andrey Turçak özünün Telegram kanalında zəlzələ ilə əlaqədar yüksək hazırlıq rejiminin tətbiq olunduğunu bildirib: “Respublikada yüksək hazırlıq rejimi tətbiq edilib. Zəlzələnin episentri Beltir kəndindən 1,3 km aralıda yerləşib. Ölən və yaralanan olmayıb”.

İki rayonda məktəblərdə dərslər və kütləvi tədbirlər ləğv edilib. 

Oğuz