Sevgilisi ilə evlənmək üçün arvadını və övladlarını öldürdü - FOTO
Ər sevgilisi ilə birlikdə ola bilmək üçün həyat yoldaşını və iki övladını öldürüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə bu il Türkiyənin Aydın şəhərində baş verib.
Martın 18-də yanğınsöndürən işləyən 35 yaşlı Turqay Gezginin yaşadığı evdə yanğın başlayıb. Həmin an həyat yoldaşı, 33 yaşlı Fatma Gezgin 11 və 4 yaşlı iki övladı – Deniz və Toprak da evdə olub. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın söndürülsə də, qadın və iki uşaq həyatını itirib.
Hadisədən xəbər tutan Turqay Gezginin halı pisləşib və xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Ailəsini faciəvi şəkildə itirən Turqay Gezginin hadisədən iki ay keçməmiş tibb bacısı F.T ilə nişanlanması polisin diqqətini çəkib. O, şübhəli kimi saxlanılıb və həbs edilib.
Gezgin verdiyi ifadədə bildirib ki, telefonuna qoşdurduğu proqramla yaşadıqları binada qaz sızması olduğunu öyrənib və həmin gecə işdən icazə alaraq evinə gedib. Evin açarını itirdiyi üçün qapını döyüb, lakin açan olmayıb. İmsaq vaxtı yaxınlaşdığını görüb və imsaq etmək üçün sübh tezdən yenidən idarəyə qayıdıb. Gezginin nişanlısı F.T isə iddiaları qəbul etməyib. Bildirib ki, hadisədən əvvəl Turqay ona həyat yoldaşını sevmədiyini dəfələrlə etiraf edib.
Polis araşdırması nəticəsində məlum olub ki, Turqay Gezgin tibb bacısı F.T ilə yeni tanış olmayıb, onlar artıq bir ildir eşq yaşayırlar.
Banu