“YENİ Parti”nin adı dəyişdirilir – Məhkəmə QƏRARI

Türkiyədə “YENİ Parti”nin adının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Sep 21, 2026 - 17:58
“YENİ Parti”nin adı dəyişdirilir – Məhkəmə QƏRARI

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb “Yenilik Partisi”nin sədri Öztürk Yılmazın YENİ Partinin adının öz partiyasının adı ilə oxşarlığı barədə Ali Məhkəməyə (Yargıtay) müraciət etməsidir.

Məlumata görə, Ali Məhkəmədən “YENİ Partiyə ad dəyişikliyi ilə bağlı bildiriş göndərilib. “YENİ Parti” isə bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və məhkəmənin qərarını gözləyir.

Partiyanın Mərkəzi İdarə Heyətinin (MYK) bu gün keçirilən toplantısında mümkün ad dəyişikliyi müzakirə olunub. Partiyanın adının dəyişdirilməsi ilə bağlı 4 variant önə çıxıb. Bunlar “Yeni Değişim Partisi”, “Yeni Başlangıç Partisi”, “Türkiyenin Yeni Partisi” və “Halkın Yeni Partisi”dir.

Məlumatda qeyd olunub ki, partiya rəhbərliyi “Yeni” sözünü qorumaq istəyir.

Xatırladaq ki, “YENİ Parti”nin sədri Özgür Özeldir.

Banu